Şəmkirdə avtomobil aşdı, ölən var - YENİLƏNİB

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (kişi cinsli) saat 02:50-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, iyulun 9-u, saat 03:50-də ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
***09:00
Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi "KİA" markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.
Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












