Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan TIR markalı yük avtomobili ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük avtomobili yoldan çıxaraq aşıb.
Nəticədə TIR-ın yük yerində olan “Slavyanka” markalı sular plastik qablardan yola dağılıb. Bu səbəbdən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət müvəqqəti dayanıb və tıxac yaranıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qısa müddət ərzində yol təmizlənərək hərəkət bərpa edilib.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./lentaz
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












