Sərnişin avtobusu aşdı: 20 yaralı - FOTO

Rusiyada sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 13-ü Domodedovo xəstəxanasına yerləşdirilib. Daha 7 nəfər isə Podolskdakı zədə mərkəzinə təxliyyə edilib. Xəsarət alanlar arasında azyaşlı da var. Qeyd edək ki, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır.
***19:51
Rusiyada sərnişin avtobusu aşıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Hadisə zamanı 16 nəfər (bəzi xəbərlərə görə 12 nəfər- red) xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














