Sərnişin təyyarəsi yanaraq təcili eniş edib
Qəzalar
15 İyun 2018 09:17

Faktla bağlı araşdırmalara başlanılıb
Kanadanın Kalqari şəhərindən Vankuverə uçan "WestJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava limanına geri qayıdaraq məcburi eniş edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı CTV telekanalı məlumat yayıb.
Bildirilir ki, uçduqdan 15 dəqiqə sonra pilotlara yük bölməsində yanğının olması barədə siqnal daxil olub. Bu səbəbdən hava gəmisinin komandiri "Boeing-737"nin Kalqariyə qayıtması barədə qərar qəbul edib. Eniş ştat rejimində həyata keçirilib, sərnişin və heyət üzvləri arasında zərər çəkən olmayıb.
Təyyarənin göyərtəsində neçə nəfərin olması barədə məlumat verilmir. Bütün sərnişinlər başqa reyslə Vankuverə uçublar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub : 1438
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












