Sərt döngədə yoldan çıxan maşın su kanalına aşdı; 2 nəfər ölüb, 4 yaralı - VİDEO

Bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi “"Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib. Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bir ailənin bayram sevincinə son qoyan sözügedən yol qəzasının ilkin təhlili bir daha deməyə əsas verir ki, sərt döngəli yollarda sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin yorğun, yuxusuz, yaxud sükan arxasında diqqəti yayındıran hərəkətlərə aludə olması onların özlərinin, doğmalarının, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları sürət həddini gözləməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, avtomobilin texniki sazlığını səfərdən öncə, eləcə də səfər boyu nəzarətdə saxlamağa çağırır.
Bayram tətilinin xoş təəssüratlarla yadda qalması üçün yol hərəkəti iştirakçılarından məsuliyyətli olmağı və verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyi xahiş edirik.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












