Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edildi - FOTO

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü inzibati qaydada həbs edilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var - FOTO











