Sərxoş sürücü 6 aylıq körpənin ölümünə səbəb oldu

İstanbulun Böyükçəkməcə rayonu E-5 magistral yolunda sərxoş sürücünün səbəb olduğu ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, 24 yaşlı Emre Talha S. idarə etdiyi avtomobillə irəlilədiyi zaman eyni istiqamətdə hərəkətdə olan Yasin Gökhan Erik (40) idarəsindəki avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində 6 aylıq körpə həyatını itirib, ana və ata isə yaralanıb.
Hadisə 18 noyabr saat 23:50 radələrində Böyükçəkməcə, Mimarsinan məhəlləsində, E-5-in şimal hissəsində baş verib. Məlumata görə, toqquşma sonrası hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qrupları cəlb olunub. Sürücü Yasin Gökhan Erik və həyat yoldaşı Merve Öztürk Erik yaralanıb. Ailə üçün faciəyə çevrilən qəzada 6 aylıq körpələri Kaan Erik ağır vəziyyətdə Mimarsinan Dövlət Xəstəxanasına aparılıb. Avtomobildə sıxışıb qalan ana isə xilasedicilər tərəfindən çıxarılaraq Bakırköy Dr. Sadi Konuk Xəstəxanasına çatdırılıb.
Ağır yaralı şəkildə xəstəxanaya aparılan körpə Kaan, həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib və həyatını itirib.
Hadisə yerinə gələn polis əməkdaşları sürücü Emre Talha S.-ni saxlayıb. Aparılan alkoqol testində onun sərxoş olduğu müəyyən edilib. Bu səbəbdən saxlanılıb və bölməyə aparılıb.
Bölmədəki prosedurlardan sonra məhkəməyə çıxarılan Emre Talha S. tutularaq həbsxanaya göndərilib./Sonxeber
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












