Sərxoş sürücü avtomobilini mağazaya çırpdı: xəsarət alanlar var - FOTO

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. 39 yaşlı Ağayev Anar Elşad oğlu idarə etdiyi "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman ötmə əməliyyatı edib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı avtomobilə dəyib. Daha sonra idarəetmədən çıxan "Opel" yaxınlıqdakı mağazaya çırpılıb. Nəticədə "Opel"-də olan sürücü A.Ağayev və sərnişin Ələsgər Babayev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəzanı törətməkdə şübhəli bilinən "Opel"-in sürücüsü A.Ağayev sərxoşluğun müayinə məntəqəsinə aparılıb. Bu zaman o, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına tabe olmaqdan boyun qaçırıb. O, polis əməkdaşlarının köməkliyi ilə Binəqədi RİP-ə aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















