Şirvanda 2 avtomobil toqquşdu - Xəsarət alan var

Şirvanda baş verən qəza zamanı sərnişin xəsarət alıb.
Avtosfer.Az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Sürətlə hərəkətdə olan "BMW" markalı "10 RP 735" dövlət nömrə nişanlı avtomobillə "Opel" markalı "24 BF 081" dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çıxarıb. Şəhərin yaşıllıq təsərrüfatına ciddi ziyan dəyib. Dəyən ziyan hesablanır.
Qəza zamanı "Opel" markalı avtomobildə olan sərnişin Hacıqabul sakini, 1965-ci il təvəllüdlü Həsənov İlham Musarza oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












