Şirvanda ağır qəza: dörd nəfər xəsarət aldı - YENİLƏNİB

Şirvanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 22-si saat 19:15-də yol-nəqliyyat hadisəsində yaralanan dörd nəfər (iki kişi, iki qadın) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, martın 22-də Şirvan şəhərinin Mikayıl Müşfiq küçəsində "Ford" markalı, 99-BJ-939 dövlət nömrə nişanlı avtomobillə mikroavtobusun toqquşması nəticəsində dörd nəfər xəsarət alıb./oxu.az
***
Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Əmrahov Rüfət Habil oğlu, 2010-cu il təvəllüdlü Quliyeva Fatimə Pərviz qızı, 1984-cü il təvəllüdlü Şatayeva Aynurə Zaur qızı və 2004-cü il təvəllüdlü Şatayev İsmayıl Elxan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R. Əmirov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var
Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO










