Siyəzəndə avtomobil aşdı - Yaralılar var

Siyəzəndə “Ford” markalı yük avtomobili aşıb. Avtosfer.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıdan Xaçmaza gedən “Ford Transit” markalı 90-CL-983 dövlət nömrə nişanlı yük avtomobili qarşısına qəflətən başqa avtomobilin çıxması nəticəsində qəza törədib. Hadisə nəticəsində Xaçmaz rayon Çiləgir kənd sakinləri 1982-ci il təvəllüdlü Rafiq Ağamalı oğlu Nağdıyev və 1979-cu il təvəllüdlü Elnur Nəcib oğlu Səlimov ağır dərəcəli bədən xəsarətləri alıblar. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, tibbi yardım göstərilir. Yük avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Rəsul Ağaşah oğlu Babayev yüngül xəsarətlər alıb.
Qarşılarına çıxan avtomobilin sürücüsünə isə xəsarət dəyməyib.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












