Sloveniya prezidenti avtomobil qəzasında xəsarət aldı

Sloveniya Prezidenti Nataşa Pirts-Musar 31 iyulda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində körpücük sümüyünün sındığını bəyan edib.
Bu barədə Avtosfer.az TASS-a istinadən xəbər verir.
Sloveniya Radio və Televiziyasına açıqlama verən Pirts-Musar bildirib ki, o, qəza anında təhlükəsizlik kəmərindən istifadə etməyib:
"Bu mənim əsas səhvim idi və mən buna görə səmimi şəkildə təəssüf edirəm. Mən kəməri bağlamamışdım və məsuliyyətimi tamamilə qəbul edirəm. Bunun haqqını isə körpücük sümüyümün qırılması ilə ödədim".
Qəzadan dərhal sonra o, İzola şəhər xəstəxanasına aparılaraq lazımi yoxlamalardan keçib. Prezidentin bildirdiyinə görə, cərrahi əməliyyata ehtiyac yaranmayıb. Hazırda o özünü normal hiss edir, lakin bərpa prosesi 4-6 həftə davam edəcək.
Dövlət başçısı məzuniyyətdən qayıdarkən sözügedən qəza ilə üzləşib. Onun korteji tərkibindəki iki avtomobil Kastelets tunelində avtomagistralda toqquşub, nəticədə prezident də daxil olmaqla iki nəfər xəsarət alıb. İkinci zərərçəkənin səhhəti barədə məlumat yoxdur, araşdırma davam edir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












