Sumqayıtda ağır AVTOBUS QƏZASI: Yeddi nəfər xəsarət aldı - YENİLƏNİB

Mayın 19-da saat 08:30-da Sumqayıt şəhəri Bakı küçəsində sərnişin avtobusu ilə "Toyota Avensis" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusun yeddi sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb. Onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində təhqiqat araşdırması aparılır, müvafiq ekspertizalar təyin edilib.
***12:26
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 19 may saat 9:30-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd nəfər (qadın cinsli) hospitalizasiya olunub".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib:
"Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
***09:23
Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Cavid Abbasəli oğlu Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirismayıl oğlu Mirişovun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şəbnəm Akif qızı Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Mürvət qızı Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Gülasət qızı Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Sərxan qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü
Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO
Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOsu
Mərdəkanda dirəyə çırpılan “Mercedes” tanınmaz vəziyyətə düşdü - VİDEO
Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB










