Sumqayıtda DƏHŞƏTLİ QƏZA: Maşından yerə düşən sərnişin öldü - VİDEO

Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntüləri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, hadisə nəticəsində "KIA Optima"nın sərnişini Günel Bəylər qızı Hüseynova aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib, sürücü Əlfəddin Əbdülhəsənov isə yüngül xəsarət alıb.
Bildirilib ki, qeydə alınan bu videogörüntüdəki yol-nəqliyyat hadisəsinə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
DYP sürücüləri sürət həddinə və manevr qaydalarına əməl etməyə çağırır:
"Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hər kəsə məlumdur.
Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.
Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq.
Dəyərli sürücülər! Unutmayın!
Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin taleyini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!"
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB












