Sürət həddini aşan sürücü ağır qəzaya düşdü; sağ qaldı - FOTO - VİDEO

Sürət həddini aşan sürücü dəhşətli qəzada möcüzə nəticəsində sağ qalıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk şəhərində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Zərbənin gücündən iki hissəyə parçalanan maşın səkiyə tərəf sürüklənib. Qəzadan sonra avtomobildən geriyə yalnız tanınmaz halda olan dəmir yığını qalıb.
Nəqliyyat vasitəsinin tamamilə məhv olmasına baxmayaraq, sürücü oturacağı demək olar ki, zərər görməyib. Xilasedicilərin bildirdiyinə görə, sükan arxasındakı şəxs bu dəhşətli qəzadan sadəcə yüngül sıyrılmalarla qurtulub. Onun ciddi bir xəsarət almadığı və tibbi yardıma ehtiyacının olmadığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev













