Sürücü narkotik maddə qəbul edib qəza törətdi: Abşeronda - FOTO

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbə sakini sürücü Cəfərov Elnur Qafar oğlu Bakı - Quba yolunun 10-cu km- da ara məsafəsini düzgün seçmədiyi üçün idarə etdiyi 27 BF 510 dövlət nömrə nişanlı "VAZ 21122" markalı avtomobil ilə qarşısında hərəkət edən 10 OF 480 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobili vurub.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət bölüyünün əməkdaşları aşkar ediblər. Həmin sürücü Ekologiya postuna dəvət olunub və ilkin müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb. Sumqayıt şəhərində yerləşən Narkoloji dispanserdə müayinə edilən sürücü etiraf edib ki, narkotik maddə və psixotrop dərman qəbul edib. YPX əməkdaşları sürücü ilə maarifləncidici söhbət aparıb, öz tövsiyyələrini verib. Bildirilib ki, onun qəbul etdiyi maddə canına ziyan olmaqla yanaşı ağır fəsadlara da səbəb ola bilər. Bu qəza zamanı xəsarət alan olmasa da narkotik təsiri altında avtomobil idarə edən zaman özünün və başqalarının ölümü ilə nəticələnən ğır fəsadlar baş verə bilər.
Sürücü isə əməlindən peşiman olduğunu bildirib və gələcəkdə bu cür hallara bir daha yol verməyəcəyini deyib.
Toplanmış materiallar Abşeron rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Cəfərov Elnur Qafar oğlu barəsində sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs cəzası təyin edilib.
Qeyd edək ki, qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
Xatırladaq ki, Ekologiya postu artıq neçənci dəfədir ki, bu cür halları aşkar edir.
Orxan
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Şirvanda “Opel” yol kənarına aşdı, sürücü xəsarət aldı - VİDEO
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO














