Sürücü sükan arxasında öldü

Şəkidə 54 yaşlı sürücü sükan arxasında ölüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saat 12 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.
1964-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Etibar Azad oğlu Abdullayev idarəetdiyi minik avtomobili ilə Şəkidən Gədəbəyə gedərkən sükan arxasında qəfildən özünü pis hiss edib.
Etibar Abdullayevin vəziyyətinin pisləşdiyini görən, avtomobildə sərnişin qismində olan onun ailə üzvüləri əraziyə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadasını çağırıblar. Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadası hadisə yerinə çatana kimi Etibar Abdullayev keçinib. İlkin müayinə zamanı Etibar Abdullayevin ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












