Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Sərnişin ÖLDÜ - FOTO

Cari ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Bu qəbildən olan sonuncu qəzada Qəbələ rayon sakini Elvin Qasımovun sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır.
Unutmayaq ki, fərdi məsuliyyətə biganə yanaşan şəxsin başqalarının həyatına da eyni tərzdə yanaşmayacağı sual altındadır", - deyə məlumatda qeyd olunub.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












