Sürücünün piyadanı vuraraq qaçdığı qəzanın GÖRÜNTÜLƏRİ

Paytaxtın piyada keçidi olmayan yerdən yolu keçən şəxsi avtomobil vurub. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, 36 yaşlı Natiq Quliyevin Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospektində yolu piyada keçidi olmayan yerdən keçmək istəyi ona baha başa gəldi. Nəticədə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil onu vurub. Hadisədən sonra sürücü ərazidən qaçıb. Yaralıya isə ilkin tibbi yardımı şahidlər göstəriblər. Əraziyə Təcili Tibbi Yardım briqadası çağırılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Yalnız DYP əməkdaşlarının müdaxiləsindən sonra Təcili Tibbi Yardım maşını hadisə yerinə gələ bilib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər xəstənin həyatı üçün təhlükə olmadığını bildiriblər. Piyadanı vuran sürücünü müəyyən etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












