Təcili yardım maşını qəzaya düşdü - Ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 1-i, saat 07:30-da Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***10:44
Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda təcili tibbi yardım maşınının düşdüyü qəzanın təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun 98-ci kilometrliyində qeydə alınıb.
"Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi "KamAZ" markalı, 14-BD-565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90-JN-615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı təcili tibbi yardım avtomobilində sürücüdən əlavə iki nəfər də olub. Hələlik onların şəxsiyyətləri məlum deyil. Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***09:48
Hacıqabulda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən və yaralananlar var.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistral yolunda baş verib.
Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə “KamAZ” markalı yük avtomobilinə, daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb.
Qəza zamanı ölən və yaralananlar var.
Faktla bağlı araşdırma başlanıb.
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU
Çin istehsalı olan iki maşın toqquşdu - VİDEO
Biləcəridə “Prius” avtobusa çırpıldı - VİDEO
Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO
Qəbələdə “VAZ” və “Mercedes” toqquşdu, sürücülərdən biri… - VİDEO
Şəmkirdə qəza: “Mercedes”lə toqquşan yük maşını aşdı - VİDEO
Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO










