"Təcili yardım"ın həkim və sürücüsü xəstə tərəfindən döyülüb

Cəlilabad şəhərində çağırışa gedən "təcili yardım" maşınının həkim və sürücüsü döyülüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saat 00:30 radələrində şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü xəstə Məmmədov Ərəstun Zöhrab oğlu və onun ailə üzvləri "təcili yardım" maşınının 1960-cı il təvəllüdlü sürücüsü Babayev Muxtar Xasay oğlu və 1979-cu il təvəllüdlü həkim Sadıqov Ruslan Meybulla oğlunu döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. "Təcili yardım" maşınının ön şüşəsi onlar tərəfindən sındırılaraq yararsız hala salınıb.
Məlum olub ki, "təcili yardım" Ə.Məmmədovun ürəyi bulandığı üçün çağırılıb.
Cəlilabad rayon Polis şöbəsi hadisə barədə məlumatlandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












