Tərtərdə AĞIR QƏZA: Ölən və xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
"Martın 11-i saat 21:20-də Tərtər rayonunda baş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah, çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib. Zəruri tibbi xidmət göstərildikdən sonra, 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Digər iki nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə ediliblər.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***09:23
Tərtər rayonunda bu gecə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, 6 nömrəli məktəbin qarşısında baş verib.
Hadisə VAZ-2107 və VAZ-21011 markalı minik avtomobillərinin toqquşması səbəbindən baş verib.
Hadisə nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.
Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon, Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB












