Tovuzda "06" və "Pajero” toqquşub, ölən və yaralananlar var - ADLAR - FOTO

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində ölən şəxs “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Ə.Nağıyevdir. Hadisə zamanı “VAZ-2106”nın sərnişinləri – 1992-ci il təvəllüdlü N.Hüseynova, 2012-ci il təvəllüdlü H.Mustafayev, 2011-ci il təvəllüdlü B.Mustafayev, 2015-ci il təvəllüdlü H.Mustafayev, həmçinin “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü S.Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.
***
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












