Tovuzda yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 18:30-da Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1975-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ çiyinin, sağ kürək nahiyəsinin əzilmiş və sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz" markalı yük avtomobil ilə "KamAZ" markalı yük maşını toqquşub.
***
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan "Mercedes" markalı yük avtomobil ilə "KamAZ" markalı başqa bir yük maşını toqquşub.
Hadisə nəticəsində 1975-ci il təvəllüdlü M.İsmayılov və həmyaşıdı İ.Mirəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, onlara zəruri tibbi yardım göstərilib. Həkimlərin dediklərinə görə, hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd olunub ki, xəsarət alan şəxslər qəza zamanı nəqliyyat vasitələrini idarə edən sürücülər olublar.
Məlumata görə, toqquşmanın güclü təsiri nəticəsində yük avtomobillərindən biri idarəetməni itirərək yoldan kənara çıxıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB










