Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI

Şəki Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı oğlunun ölümündə təqsirləndirilən 34 yaşlı Polad Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Ağababayev 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində baş verib. Qəbələ rayon sakini 1992-ci il təvəllüdlü Polad Ağababayev qohumunun toy mərasimində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evinə qayıtmaq istəyib. O, 11 yaşlı oğlu ilə birlikdə “Opel” markalı avtomobilində evinə qayıdarkən yolda idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində P.Ağababayev xəsarət alıb, oğlu Z.Ağababayev isə xəstəxanada dünyasını dəyişib.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












