Toydan sərxoş qayıdanda qəza törətdi, anası öldü - TƏFƏRRÜAT

Toydan qayıdan zaman sərxoş vəziyyətdə maşını idarə edən şəxs qəza törədib. Qəza zamanı sürücünün anası dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Fədayət Quliyev İmişli rayonu, Telişli kəndi ərazisində “Mercedes” markalı avtomobillə qəza törədib. Həmin ərazidə sürət həddi 60 km/saat olsa da F.Quliyev 120 km/saat sürətlə hərəkət edirmiş.
Nəqliyyat vasitələrini idarə etmə hüququ olmayan F.Quliyev ötmə əməliyyatı edən zaman idarə etməni itirib və maşını aşırıb.
Qəza zamanı avtomobildə olan 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı aldığı xəsarətlərdən ölüb. Y.Quliyeva sürücü Fədayətin anası olub. Avtomobildə Fədayətin arvadı, iki azyaşlı uşaqları və tanışı Fuad da olub. Onlar da xəsarət alıblar.
Toydan qayıdan zaman maşını Fuad idarə edirmiş. Yolda su almaq üçün maşını saxlayanda Fədayət maşını özünün idarə edəcəyini deyib. Onun arvadı buna etiraz edib. Lakin Fədayət israr edərək sükan arxasına keçib.
Əməlindən peşman olduğunu deyən Fədayət baş verənlərə görə özünü bağışlamayacağını deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib. Məhkəmədə zərərçəkmiş şəxslər və mərhumun hüquqi varisi də iştirak edib. Mərhumun əri oğlu Fədayəti bağışladığını deyib.
Məhkəmə Fədayət Quliyevi Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Hökmə əsasən F.Quliyev 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb.(musavat)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












