Toyundan 46 gün sonra faciəvi şəkildə öldü - FOTO - VİDEO

Sentyabrın 26-da Qubanın Ağbil kəndi ərazisində ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan rayonun Aşağı Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifovun qəzadan 46 gün əvvəl ailə həyatı qurduğu məlum olub.
Belə ki, dostları onun 10 avqustda toy karvanında çəkilmiş görüntülərini paylaşaraq üzüntülərini ifadə ediblər.
Hadisə isə Ceyhun işdən çıxıb evə gedərkən qeydə alınıb.
Xatırladaq ki, qəza nəticəsində C. Yusifovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını itirib.
Avtomobildə olan 2001-ci il təvəllüdlü sərnişin Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












