Traktor aşdı, 16 yaşlı gənc həyatını itirdi

İspartanın Yalvaç rayonunda baş verən faciəvi qəza nəticəsində 16 yaşlı Selahattin Gökmen həyatını itirib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə iyunun 22-si saat 15:00 radələrində Yalvaç rayonuna bağlı Eyüplər kəndində qeydə alınıb. Yalvaçda peşə təhsili alan və eyni zamanda sənayedə tələbə kimi çalışan Selahattin Gökmen ailəsinə məxsus traktorla bağ sahələrini gəzmək üçün yola çıxıb. İlkin məlumatlara görə, o, sükan idarəetməsini itirib və traktor aşıb. Gənc sürücü nəqliyyat vasitəsinin altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Tibbi müdaxilə mümkün olmayıb – Gökmenin həyatını itirdiyi müəyyən olunub. Onun cəsədi əvvəlcə Yalvaç Dövlət Xəstəxanasına, oradan isə tibbi ekspertiza üçün İsparta Şəhər Xəstəxanasına aparılıb.
Selahattin Gökmenin nəşinin doğulduğu Eyüplər kəndində dəfn ediləcəyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.(sonxeber)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












