Türkiyədə ağır yol qəzası: Eyni ailədən 3 nəfər həlak olub

Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan tır ilə minik avtomobili hələlik naməlum səbəbdən toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb və hadisə barədə 112 Təcili Yardım Xidmətinə məlumat verilib.
Hadisə yerinə jandarma, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin avtomobildə apardığı ilkin baxış zamanı 16 yaşlı Duyğu Ecrin Koşkan, 54 yaşlı Ayşe Koşkan və 55 yaşlı Mustafa Koşkanın hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Qəzadan yaralı xilas edilən bir nəfər isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilir.
Həlak olanların meyitləri prokuror və hadisə yeri istintaq qrupunun araşdırmalarından sonra məhkəmə-tibbi ekspertizası üçün morqa aparılıb.
Faktla bağlı jandarma əməkdaşları qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır./Sonxeber.az
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












