Üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Hökməli–Qobu yolunda baş verən və üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Abbasov Umudvar Usub oğlu yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.
Nəticədə "Toyota Prius" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Məmmədov Zaur Çingiz oğlu və həmin avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Məmmədova Nariyə Osman qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1954-cü il təvəllüdlü Məmmədov Mübarək Polad oğlu isə xəsarət alaraq Mərkəzi Respublika Xəstəxanasına yerləşdirilib.
Fatkla bağlı Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












