"VAZ" motorelə çırpıldı

Oğuzda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. Oğuz rayon sakini Elçin Abidzadənin idarə etdiyi “VAZ 21074” markalı 37 BB 239 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz şəhər sakini 1983-cü il təvəllüdlü Mais Talıb oğlu Əliyevin idarə etdiyi motorollerlə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Mais Əliyev Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mais Əliyevə qapalı kəllə-beyn travması, beyin silkələnməsi və sol incik sümüyünün sınığı dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












