Vertolyot okeana düşdü: 1 ölü, 3 yaralı

Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro şəhərində vertolyotun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb. Bildirilir ki, hadisə şəhərin qərb hissəsində yerləşən Barra-da-Tijuka çimərliyində baş verib. Vertolyot sahildən 200 metr aralıda okeana düşüb və xilasedicilər köməyə gəlincəyə qədər, cərəyan onu bir km məsafədə sahildən uzaqlaşdırıb.
Qəza nəticəsində 57 yaşlı pilot Murilo Sezar di Kastru Rebellu ölüb. İlkin məlumatlara görə, o, qəza zamanı onurğasını zədələyib və suda boğulub. Helikopterin göyərtəsində olan digər 3 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır. Şahidlərin sözlərinə görə, vertolyot qəzadan əvvəl çox aşağı ilə uçub və ardınca güclü silkələnməyə başlayıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












