Xaçmazda 3 avtomobil toqquşdu - FOTO - YENİLƏNİB

Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verən zəncirvari qəza zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 14-də, saat 9:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1977-ci il təvəllüdlü şəxs (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ alt göz qapağının, üst dodağın, sol saidin kəsilmiş, əzilmiş yarası diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Xəsarət alan şəxs VAZ-2107-də olan sərnişin olub.
***09:09
Xaçmazda zəncirvari yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./azertac
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO














