Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 30-da saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən altı nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 31-də saat 00:10-da bir nəfərin bioloji ölüm faktı qeydə alınıb.
Tibb müəssisəsinin müvafiq şöbəsində hazırda üç nəfərin müalicəsi davam etdirilir, iki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. İki nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Quba RMX-yə təxliyə olunub. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***11:03
Bakı-Quba yolunda baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 31-də gecə saat 1 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 163-cü kilometrliyində - Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Fərhad oğlu Bakıxanov "BMW X6"markalı 10-ZY-909 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Elton Elşən oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Rauf Teyyub oğlu Bəxtiyarov və 2006-cı il təvəllüdlü Zakir Rasim oğlu Məmmədov xəstəxanaya yerləşdirliblər. E.Əsgərov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Hazırda digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
***10:30
Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO














