Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB

Xankəndi-Şuşa yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 30-da saat 21:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Bir nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***11:44
Xankəndi-Şuşa avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə iyulun 30-da saat 22:00 radələrində Xocalı şəhəri ərazisində qeydə alınıb.
"Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Bayram Rasim oğlu Verdiyevin idarə etdiyi "Tofaş" markalı, 66-BO-470 dövlət nömrə nişanlı avtomobil beton maneəyə çırpılıb. Nəticədə R.Verdiyev hadisə yerində həlak olub, sərnişini, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Elşən oğlu Şirinov xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb", - deyə məlumatda bildirilib./oxu.az
***11:33
Xankəndi - Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












