Xarici ölkə vətəndaşı qəza törətdi: 1 ölü, 1 yaralı – VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza Suraxanı rayonu ərazisində, Zığ şosesində qeydə alınıb.
Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Balısnıy Aleksandrın idarə etdiyi "Mercedes" markalı avtomobil şosedə əks istiqamətdə hərəkət edərək qarşıdan gələn, Məmməd Söhrab Şöhrət oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobilinin yoluna çıxıb. Nəticədə "Mercedes" "Ford"la toqquşub.
Hadisə zamanı "Ford" avtomobilinin sürücüsünün ayağı sınıb. Mercedes" markalı avtomobilin sürücüsü isə deformasiyaya uğramış nəqliyyat vasitəsində ağır xəsarət alaraq ölüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları "Mercedes"in sürücüsünün meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










