Yanacaq daşıyan yük qatarı relsdən çıxıb – 1 ölü

Kanadanın mərkəzi Manitoba əyalətində yanacaq daşıyan yük qatarının relsdən çıxması nəticəsində 1 nəfər ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazar günü CBC telekanalı məlumat yayıb. Hadisə şənbə günü axşam bölgənin şimalında yerləşən ucqar ərazidə baş verib. Hələ ki, məlum olmayan səbəblərdən qatarın üç lokomotivi və bir neçə ilk vaqonu relsdən çıxıb. Qəza zamanı ön lokomotivdə olan iki maşinist sıxılaraq xəsarət alıb. Onlardan biri ilkin tibbi yardım göstərilənədək ölüb, digəri vertolyotla Tompson şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırdır. Üç lokomotiv və 27 vaqondan ibarət qatar "Arctic Gateway Group" şirkətinə məxsus olub və yanacaq daşıyıb. İlkin məlumata görə, sisternlərdən yanacaq sızması baş verməyib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












