Yarışa gedən idmançımız sürücü tərəfindən vurulub

Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, idmançı sərxoş sürücü tərəfindən vurulub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, samboçular Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanıblar: “Yığma komandanının 13 üzvü çəki mərasimindən çıxıb. Bizim və digər idmançılar səkinin üzərində dayanıblar. Bu zaman sərxoş sürücü idmançı Kərimov Yusif Arif oğlunu (23.03.1984) vurub. Aldığı ağır zərbədən idmançımız yerindəcə dünyasını dəyişib”. Səmayə Məmmədova qeyd edib ki, artıq idmançının cəsədi Azərbaycana gətirilib: “Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparıb. Gənclər və İdman Nazirliyi, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə danışıqlar keçirilib və idmançımızın cəsədi dünən gecə gətirilib”.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












