Yolayrıcında ağır qəza; maşına çırpılan moped sürücüsü yerə çırpıldı - VİDEO

Ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində baş yolla hərəkət edən motosiklet sürücüsü gəldiyi sürətlə yolayrıcına daxil olur və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsü yol verməli olduğu halda onu vurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi svetofor olmayan, yəni nizamlanmayan yolayrıcında qanunvericiliyin tələblərinə riayət olunmaması səbəbindən baş verib.
“Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.
Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












