Yollarda məsuliyyət həyatın qorunmasının əsas şərtidir - DYP-nin şöbə rəisi - VİDEO

“Hər gün minlərlə insan yola çıxır – kimisi işə, kimisi evə, kimisi sevdiklərinin yanına tələsir. Lakin bəzən bir anlıq yorğunluq, diqqətsizlik və ya tələskənlik bu yolu geri dönüşü olmayan bir yola çevirir. Sükan arxasında edilən hər səhv addım sadəcə qayda pozuntusu deyil, həyatla ölüm arasında olan incə sərhədin keçilməsidir”.
Avtosfer.az xəbər verir ki, bunu DYP-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
O qeyd edib ki, təəssüf ki, bəzən sürücülərin nasaz nəqliyyat vasitələrini idarə etmələri, təhlükəni görüb, amma görməzdən gəlmələri ilə bağlı hallara da rast gəlinir: “Bəziləri qayda pozmağı “ustalıq”, cəldliyi “bacarıq”, bir az istirahət etməyi isə “vaxt itkisi” hesab edir. Halbuki bu cür məsuliyyətsizlik çox zaman bir ailənin faciəsinə, bir uşağın atasız, bir ananın övladsız qalmasına səbəb olur.
Hər bir qəza birsaniyəlik səhlənkarlığın, bir anlıq məsuliyyətsizliyin nəticəsidir. Amma həmin bir saniyə bəzən bir ömrün sonu olur. Unutmayaq, həyat gözəldir. Yaşamaq, sevdiklərimizin yanında olmaq, sabaha ümidlə oyanmaq – bunlar insan üçün ən böyük dəyərlərdir. Bu dəyərləri bir anlıq tələskənliyə, laqeydliyə və ya qayda pozuntusuna qurban verməyək.
Yollarda diqqətli ol, qaydalara əməl et, öz həyatını və başqalarının həyatını qoru. Çünki həyat insana yalnız bir dəfə verilir və onu qorumaq hər birimizin borcudur”.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












