Yolu keçmək istəyən sürücünü maşın vurub - FOTO

Bakının Nərimanov rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, 1983-cü il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Pərviz Cuma oğlunu taksi fəaliyyəti ilə məşğul olan "01-BP-970" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Hadisə o, avtomobilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası qarşısında saxlayaraq yolun digər tərəfinə keçmək istədiyi zaman baş verib. Piyada yolu keçərkən, "Mercedes" akademiya qarşısındakı yeraltı yol ötürücüsündən çıxırmış. Sürücü dərhal P.Ömərovu nəqliyyat vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü məsuliyyətə cəlb edilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO



















