YPX avtomobilinin iştirakı ilə baş verən qəza barədə RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

"DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında Yol Patrul Xidməti (YPX) avtomobilinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisəsi dekabrın 31-i saat 14:00-da baş verib".
Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, qəza Bakı-Quba yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib:
"YPX-yə məxsus BMW markalı avtomobil maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan və həlak olan yoxdur. Bu, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsidir", - deyə məlumatda bildirilir.
***
Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayımlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMW markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı maşın toqquşub.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYP) sorğu verilib.
(oxu.az)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












