Yük avtomobili kanala düşdü: 20 ölü, 45 yaralı
Qəzalar
2 İyul 2018 10:28

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb
Tanzaniyada onlarla insanın ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "Daily News" məlumat yayıb.
Mbeya şəhərinin regional polisinə istinadən yayılan məlumata görə, yüksək sürətlə hərəkət edən yük avtomobili əvvəlcə arxadan mikroavtobuslardan birinə çırpılıb, sonra daha iki mikroavtobusu vurub. Nəticədə mikroavtobuslar aşıb. Yük avtomobili də idarəetməni itirib və kanala düşüb.
Qəza zamanı azı 20 nəfər həlak olub, daha 45 nəfər yaralanıb. Regional polisin rəisi Musa Taib bildirib ki, yolun qəzanın baş verdiyi hissəsi ensiz və nahamardır. Onun sözlərinə görə, qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.
Oxunub : 1121
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












