Yük maşını avtobusla toqquşdu: xəsarət alanlar var - FOTO

Abşeronda yük maşını sərnişin avtobusu ilə toqquşub. "Report"un məlumatına görə, hadisə "Xırdalan dairəsi" kimi tanınan ərazidən Mazasır qəsəbəsinə gedən istiqamətdə baş verib.
Belə ki, dairədə "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq, əvvəlcə 50-DX-218 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusuna, sonra dayanacağa çırpılıb. Hadisə zamanı avtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onlardan 1986-cı il təvəllüdlü Mahmudov Samin Sahib oğlu və 1963-cü il təvəllüdlü Cabbarova Məlahət Yusif qızının vəziyyəti orta-ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Faktla bağlı Abşefon Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















