Yük maşınının aşdı: magistral yol bağlanıb - Zaqatalada
Qəzalar
30 İyul 2018 12:30

Faktla bağlı araşdırma aparılır
Zaqatalada yük maşınının aşması nəticəsində magistral yol bağlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Tala kəndi ərazisindən keçən hissəsində “Mesedes” markalı yük maşını yol kənarındakı divara dəyərək yola aşıb. Qəzada xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib. Magistral yol Bakı istiqamətində 1 saata yaxın bağlı qalıb. Qısa müddət ərzində maşın yoldan kənarlaşdırılıb. Yolda avtomobillərin hərəkəti bərpa edilib. İlkin məlumata görə qəzaya səbəb qəfil leysan yağması olub. Sürücünün əyləci basması nəticəsində maşın sürüşərək yoldan çıxıb və aşıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1138
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












