Yük və minik avtomobilləri toqquşdu: ölənlər var - Salyanda
Qəzalar
28 Aprel 2018 11:02

Faktla bağlı araşdırma aparılır
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, “KaMAZ” markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb. Hər iki meyit morqa gətirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1153
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:20
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
17 Avqust 2026 09:36
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
16 Avqust 2026 23:00
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
16 Avqust 2026 20:41
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
16 Avqust 2026 18:15
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
16 Avqust 2026 14:00
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
16 Avqust 2026 13:31
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
16 Avqust 2026 12:00
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
16 Avqust 2026 09:00
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
15 Avqust 2026 23:00
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
15 Avqust 2026 10:47
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
15 Avqust 2026 09:32
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
ŞƏRH YAZ










