Yuxuladığı üçün sükanı oğluna həvalə etdi: Hacıqabulda AĞIR QƏZA: VİDEO - YENİLƏNİB

Dekabrın 30-da Bakı-Qazax yolunun 120 kilometrliyində "Hyundai" markalı, 90-OF-344 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirib, yoldan çıxaraq aşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.
O bildirib ki, baş verən hadisə barədə araşdırma aparılır.
"Bakı şəhər sakini Samir Baxşıyev dekabrın 30 dekabr 2024-cü ildə saat 15:30-da idarə etdiyi "Hyundai" markalı, 90-OF-344 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 120 kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin Abdulla Baxşıyev xəsarət alıb. Hazırda bununla bağlı araşdırma aparılır".
***
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 31-də Hacıqabul-Bakı istiqamətində qeydə alınıb.
"Hyundai Sonata" markalı, 90-OF-344 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində bir nəfərin ağır xəsarət aldığı deyilir.
Əldə etdiyimiz məlumata görə, avtomobilin sürücüsü yuxuladığı üçün onu idarə etməyi oğluna həvalə edib. Oğlu da yuxulayıb və qəza baş verib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYP), həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
(oxu.az)
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var
Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO










