Zaqatalada ağır qəza törədən sürücü sərxoş imiş - DYP AÇIQLADI - FOTO

Bu gün saat 00:30 radələrində Zaqatala rayonu, Tala kəndi ərazisində sərxoş sürücünün təqsiri üzündən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Avtosfer.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Xəbərə görə, Zaqatala rayon sakini Tərlan İsayev alkoqollu içkinin təsiri altında “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən əvvəlcə yol kənarında dayanmış 62-BP-303 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı, sonra isə 62-BM-733 nömrə nişanlı “BMW” markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində xəsarət alan Tərlan İsayev və sərnişini – həyat yoldaşı Məryəm Qebeyeva Zaqatala Müalicə-Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, habelə sərxoş halda sükün arxasına əyləşən sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqa günahsız insanların həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır.


Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Səbaildə “Toyota” yük maşınına çırpıldı – Sıxlıq yarandı - VİDEO
Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat yaydı
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO










