Zaqatalada iş adamı qəza törətdi - Yaralılar var

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var. İyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətovun idarə etdiyi “VAZ 21074” markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala-Muğanlı yolunda idarəetmənin itirməsi səbəbindən yolun kənarındakı ağaclıq əraziyə girib. Sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri – 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar. MRX-dan bildirlib ki, xəsarət alanlardan Xuraman Əhmədovanın müalicəsi xəstəxanada aparılır. Digər üç nəfərin vəziyyəti yüngül olduğundan onalr xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Telman Həsrətov rayonda iş adamı kimi tanınır, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri və 2017-ci ilin payızında təsis edilmiş Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir. Qəza zamanı avtomobilində olan qadınlar isə onun işçiləri olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./APA
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












