Zəncirvari qəzada 3 nəfər xəsarət alıb - Lənkəranda

Lənkəran şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində, "Ləvəngi" dairəsində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı, 12-BG-301 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya səbəb olub. Nəticədə "Mersedes" markalı, 42-BC-401 və 99-EZ-309 dövlət qeydiyyat nişanlı avtomovillər bir-birinə çırpılıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biri yüngül olmaqla digər iki nəfər, Biləsuvar rayon Təzəkənd kənd sakinləri 1968-ci il təvəllüdlü Əlifağa Pilağa oğlu Muradov və 1985-ci il təvəllüdlü Vüqar Şamil oğlu Rəsulov travmatalogiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












